"Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır" - Prezident
8 Yanvar 2025
14:32 - 6 Yanvar 2025
Ukraynada metapnevmovirus epidemiyası başlayıb, yoluxmaların faktiki sayı rəsmi məlumatlarda olanlardan coxdur.
Manset.az Lenta.ru -ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Mərkəzinin məlumatlarına əsasən Ümumkrayna İnfeksion Mütəxəssislər Assosiasiyasının prezidenti, professor Olqa Qolubovskaya öz Facebook səhifəsində bildirib.
"Mövsümün əvvəlindən Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, təbii ki, faktiki olaraq yoluxanların sayı daha çoxdur", - ukraynalı infeksionist mütəxəssis vurğulayıb.
Qolubovskaya Ukraynada yeni metapnevmovirusun yayıldığını açıqlayıb. İnfeksionist əlavə edib ki, virus hər yaşda olan insanlarda, xüsusilə azyaşlı uşaqlarda, qocalarda və immun sistemi zəif olanlarda yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarına səbəb ola bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin