Ukraynada yeni VİRUS - Yoluxanların sayı artır

14:32 - 6 Yanvar 2025

Ukraynada yeni VİRUS - Yoluxanların sayı artır

Ukraynada metapnevmovirus epidemiyası başlayıb, yoluxmaların faktiki sayı rəsmi məlumatlarda olanlardan coxdur.

 

Manset.az Lenta.ru -ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Səhiyyə Mərkəzinin məlumatlarına əsasən Ümumkrayna İnfeksion Mütəxəssislər Assosiasiyasının prezidenti, professor Olqa Qolubovskaya öz Facebook səhifəsində bildirib.

"Mövsümün əvvəlindən Ukraynada 13 rəsmi təsdiqlənmiş hal qeydə alınıb, təbii ki, faktiki olaraq yoluxanların sayı daha çoxdur", - ukraynalı infeksionist mütəxəssis vurğulayıb.

Qolubovskaya Ukraynada yeni metapnevmovirusun yayıldığını açıqlayıb. İnfeksionist əlavə edib ki, virus hər yaşda olan insanlarda, xüsusilə azyaşlı uşaqlarda, qocalarda və immun sistemi zəif olanlarda yuxarı və aşağı tənəffüs yollarının infeksiyalarına səbəb ola bilər.


Xəbər xətti

8 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin