Prezident Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu
8 Yanvar 2025
12:37 - 6 Yanvar 2025
İnter Mayami klubunun hücumçusu Luis Suares bir nəfəri intihardan xilas edib.
Manset.az -ın məlumatına görə, bu barədə “A Bola” xəbər verir.
Hadisə yanvarın 3-də Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində baş verib. Yerli vaxtla saat 23:00 radələrində 49 yaşlı kişi məişət zorakılığına qarşı mübarizə şöbəsinə zəng edərək niyyətini bildirib, bundan sonra telefondan qurtulub və 6 metr hündürlüyündə ağaca çıxıb. Şəxs arvadını görməyə icazə verilməsini tələb edib.
Kişiyə dəstək vermək və intiharın qarşısını almaq üçün hadisə yerinə təcili psixoloji yardım qrupu gəlib. Suares Laqomardaya tətilə gəlmişdi. Baş verənlərdən xəbər tutan futbolçu kişi ilə danışmaq məqsədi ilə ağaca yaxınlaşıb və onu fikrindən daşındırmağa çalışıb. 18 saat keçdikdən sonra ağacın zirvəsində durmuş kişi oradan düşməyə razilaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin