Zelenski münaqişəyə son qoymağa hazırdır

11:51 - 6 Yanvar 2025

Zelenski münaqişəyə son qoymağa hazırdır

Ukrayna Prezidenti Vladimir Zelenski yanvarın 25-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla silahlı münaqişəyə son qoyulması ilə bağlı danışıqlar aparacağını istisna etməyib.

 

Manset.az xəbər verir ki, o, bu barədə Leks Fridmanın podkastında açıqlama verib, səs yazısı YouTube-da yayımlanıb.

Məlumata görə, Zelenski blogerin sözlərinə cavab olaraq bu tarixi qeyd edib.

“Bir arzum var ki, məsələn, yanvarın 25-də və ya bu ilin yanvarın sonunda, siz Donald Trampla və Vladimir Putinlə danışıqlar masasına oturub ciddi təhlükəsizlik zəmanəti ilə atəşkəslə bağlı danışıqlar aparasınız və müqavilə bağlayasınız”, - bloger deyib.

“Düşünürəm ki, yanvarın 25-i və ya başqa bir gün, yaxşı, siz indi 25 yanvar dediniz və buna etiraz etmirəm, 25-i mənim ad günümdür. Biz danışıqlar masasına oturacağıq, əvvəlcə Trampla. Onunla müharibəni necə dayandıra biləcəyimizlə bağlı razılaşacağıq”, - deyə Zelenski bildirib.

Vaşinqton və Kiyev razılığa gəldikdə, "onda ruslarla danışa bilərik", - Ukrayna Prezidenti əlavə edib. Zelenski aydınlıq gətirib ki, o, üç prezidentin birlikdə danışıqlar masası arxasına oturması ssenarisinin əleyhinədir.

Zelenskinin sözlərinə görə, Ukraynanın təhlükəsizlik zəmanəti alması, Kiyevin nəzarətində olan ərazilər üçün NATO-ya qismən üzvlük, eləcə də Qərb silahlarının tədarükü ilə sülh razılaşması əldə oluna bilər.


Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin