"Şrek"in uzunqulağı öldü

23:45 - 5 Yanvar 2025

"Şrek" cizgi filminin qəhrəmanının prototipinə çevrilən 30 yaşlı eşşək Perri ABŞ-də ölüb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Barron Park Donkey Project" təşkilatı instaqram sosial şəbəkəsində məlumat yayıb.

"Uzun həyatı boyu Perri "Şrek" filminə verdiyi töhfələrlə "Barron Park" ictimaiyyətinin və daha çoxunun qəlbini fəth etdi", - məlumatda qeyd olunub.

Qeyd edək ki, danışan eşşək eyniadlı cizgi filmin baş qəhrəmanı olan yaşıl div Şrekin dostudur. Cizgi filminin birinci hissəsi 2001-ci ildə çıxıb.


Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin