Azər Baxşəliyev əməliyyatdan könüllü imtina edibmiş - RƏSMİ AÇIQLAMA
7 Yanvar 2025
19:05 - 5 Yanvar 2025
Böyük Britaniyada qarlı hava səbəbindən bir sıra aeroportlarda reyslərdə və yollarda çoxsaylı qəzalara səbəb olub.
Manset.az Sky News telekanalına istinadən xəbər verir ki, İngiltərənin şimalında qar örtüyü 25 sm-ə çatıb.
Məlumata görə, Mançester, Lids və Liverpul hava limanlarının uçuş-enmə zolaqları qar yağması səbəbindən müvəqqəti olaraq bağlanıb. Yanvarın 5-də səhər saatlarında Birmingem hava limanının bir neçə saatlıq fəaliyyətini dayandırdığı dəqiqləşdirilir.
Telekanal qeyd edir ki, ölkənin hər yerində qarlı yollarda avtoqəzaların sayı artıb.
Yerli hakimiyyət orqanları həmçinin mümkün qatar gecikmələri barədə xəbərdarlıq edir.
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Liverpul Şəhər Şurası yanvarın 5-də saat 16:30-a (Bakı vaxtı ilə 20:30) nəzərdə tutulan İngiltərə Premyer Liqasının “Mançester Yunayted” və “Liverpul” futbol klubları arasında keçiriləcək oyununu da ləğv edə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin