Azərbaycandan göndərilən humanitar yardım Suriyaya çatdı

17:45 - 5 Yanvar 2025

Azərbaycandan göndərilən humanitar yardım Suriyaya çatdı

Azərbaycandan Suriyaya yola düşən 10 yük maşını bu gün ünvana çatıb.

Manset.az Haber Global-a istinadən xəbər verir ki, maşınlarda 200 ton ərzaq var. Avtomobillər artıq Çobanbey sərhəd-keçid məntəqəsindən keçərək Suriyaya ərazisinə daxil olub.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bəzi bölgələrdə yardımın paylanılmasına başlayıb.

***

Bakıdan yola düşən və 200 ton ərzaq məhsulu daşıyan 10 yük maşını Türkiyədən keçərək bu ölkənin Suriya ilə sərhədinə çatıb.

Bu barədə Manset.az Haber Global-a istinadən xəbər verir.

Bildirilir ki, hazırda maşınlar Kilisdəki Çobanbey sərhəd-keçid məntəqəsindədir və gömrük prosedurlarımdan sonra Suriya ərazisinə daxil olacaqlar.

Tranzit Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) koordinasiyası altında həyata keçirilir.

Yardım maşınları sərhəd-keçid məntəqəsindən keçdikdən sonra AFAD-ın logistika anbarlarına təhvil veriləcək. Anbarlarda görülən hazırlıqlardan sonra məhsullar Suriyada yardıma ehtiyacı olan ailələrə paylanacaq.

Qeyd edək ki, dekabrın 30-da Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq yardım göndərilib. On yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var.

Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin