Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
7 Yanvar 2025
20:00 - 4 Yanvar 2025
"Çoxları elə bilirlər ki, toyda hər kəs nə istəsə, oxuya bilər. Xeyr, bu, belə deyil. Toyun toy repertuarı var, səhnənin səhnə. Toyda da səhnə alırsan. Klassik mahnıları da toyda oxumaq lazımdır. Mənim də toy repertuarım var, klassik repertuarım da. Vaxt olub ki, toylarda ancaq klassik mahnılar oxumuşam. Öncədən mənə siyahı veriblər ki, Tofiq Quliyevin, Emin Sabitoğlunun mahnılarını oxuyun. Bugünkü toyları da görürük də. Milli dəyərlərin qorunub-saxlanılması artıq müşkül məsələyə çevrilib. Amma pisi deyəndə yaxşını da demək lazımdır. Elə müğənnilərimiz var ki, sırf öz repertuarları ilə, klassik mahnılarla toy aparırlar".
Manset.az Moderator.az-a istinadən xəbər verir ki, bunu Əməkdar artist Ruhəngiz Allahverdiyeva deyib.
O daha sonra imicindən danışıb:
"Xəyyam Nisanovun anası ABŞ-yə gedəndə mənim üçün gözəl geyimlər gətirirdi. Mən də onları geyinirdim. Uşaqlar məni kuklaya bənzədirdilər. O vaxtdan da mənə "Barbi" dedilər və o adla da qaldım. Bu gün məni bəzi efirlərdə və tədbirlərdə "səhnəmizin Barbisi" deyə təqdim edirlər. Bu mənə xoş gəlir. Çünki imic yaratmışam və bu imici səhnəyə daşıya bilmişəm. Hətta bəzən toy sahibləri deyirlər, xahiş edirlər ki, bu imicdə gəlin toya".
Sənətkar əl işlərini qoymağa artıq yer tapa bilmədiyini də deyib.
"Bəzən xanımlar deyirlər ki, filan şeyi bacarmıram, filan əşyanı düzəldə bilmirəm. Vallah, xanımlar hər şeyi bacarırlar. Nəsə bacarmayan xanım yoxdur, onu etmək istəməyən xanım var. Mən artıq illərdir, əl işləri düzəldirəm. Bunu hər kəs bilir. Şou-biznesdəki ulduzların əksəriyyəti əl işlərimi alıb. Bəzilərinə özüm hədiyyə etmişəm. O qədər əl işlərim, geyimlərim var ki, onlara artıq yer tapmıram. İki otaq geyimim var. Geyimlərimin eskizlərini modelyerlərə özüm verirəm", - R.Allahverdiyeva bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin