Dünyanın ən yaşlı insanı vəfat etdi

17:10 - 4 Yanvar 2025

Dünyanın ən yaşlı insanı vəfat etdi

Dünyanın ən yaşlı insanı vəfat edib.

 

Manset.az “ABC News”a istinadən xəbər verir ki, Ginnesin Rekordlar Kitabına düşən ən uzunömürlü yapon qadın Tomiko İtukanın 116 yaşı olub.

Onun qocalar evində öldüyü bildirilib.

Qeyd edək ki, o, 2024-cü ilin sentyabrında İspaniyanın Kataloniya əyalətinin Olot şəhərindən olan 117 yaşlı Maria Branyas Moreranın ölümündən sonra dünyanın ən yaşlı insanı seçilmişdi.



Xəbər xətti

7 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin