Azər Baxşəliyevin ölüm səbəbi böyrək çatışmazlığı deyilmiş: ƏSL SƏBƏB - VİDEO
7 Yanvar 2025
16:50 - 4 Yanvar 2025
ABŞ-nin texnologiyalar və müdafiə sahəsi üzrə fəaliyyət göstərən "ZenaTech" şirkəti Türkiyəyə böyük sərmayə qoymağı planlaşdırır.
Manset.az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, şirkət pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək müəssisə quraraq 1 000 ədəd "ZenaDrone 1000" istehsal etməyi hədəfləyir. Bu addım Türkiyənin PUA istehsalındakı gücünü və beynəlxalq rəqabət qabiliyyətini artıracaq, ölkənin müdafiə sənayesi ixracatındakı uğurunu gücləndirəcək və xarici şirkətlərin Türkiyəyə marağını artıracaq.
Yeni müəssisə kəşfiyyat, müşahidə, hədəfləmə başda olmaqla, müdafiə üzrə dron tətbiqlərini sınaqdan keçirəcək. Həmçinin, eyni vaxtda uçan birdən çox dronun idarə edilməsinə imkan verəcək mobil Dron Komanda Mərkəzi quracaq ki, bu mərkəz kommunikasiya və nəzarət baxımından mühüm rol oynayacaq.
Qeyd edək ki, 2017-ci ildə kənd təsərrüfatı sənayesi üçün təsis edilən "ZenaTech" 2023-cü ildən etibarən ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunları ilə uğurlu sınaqlar keçirib, Birləşmiş Ərəb Əmirliklərində ikinci müəssisəsini açıb. Qlobal hərbi dron bazarının 2032-ci ilə qədər 47 milyard dollara çatacağı gözlənilir ki, "ZenaDrone" bu artan bazardan pay almağı hədəfləyir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin