Prezident qəzada həlak olan ekipaj üzvlərinin ailələri ilə görüşdü - FOTOLAR
6 Yanvar 2025
09:29 - 4 Yanvar 2025
Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhərini ötən üç gün ərzində rekord sayda insan ziyarət edib.
Manset.az Azərtac-a istinadən xəbər verir ki, Neretva çayı sahilindəki şəhər ötən ilin son günü və bu ilin ötən günlərində 100 mindən çox ziyarətçi qəbul edib.
Ölkənin beşinci ən böyük şəhəri olan və Avropanın ən gözəl şəhərləri siyahısında yer alan Mostar terrasvari arxitekturası, Osmanlı və Xorvatiya memarlığının sintezi olan küçələri və multikultural quruluşu ilə dünyanın hər yerindən turistləri özünə cəlb edir.
Mostar şəhərinin Neretva çayı üzərində salınan eyniadlı qədim körpüsü ölkənin simvolik tikililərindəndir. Osmanlı dövrünə aid ən mühüm abidələrdən olan və XVI əsrdə tikilən Mostar körpüsü uzun illər Balkan İslam mədəniyyətinin ən gözəl nümunələrindən biri hesab edilib. Körpü Avropanın ən möhtəşəm tarixi körpüləri siyahısında yer alır və müxtəlif illərdə barbarlığın simvoluna çevrilib. Körpü qədim Mostar şəhəri ilə birlikdə 2005-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin