Tanınmış boksçu nokauta düşərək öldü - FOTO

23:48 - 3 Yanvar 2025

Tanınmış boksçu nokauta düşərək öldü - FOTO

Tanzaniyalı boksçu Hassan Mqaya Darüs-Salamda döyüş zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

 

Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) Mətbuat Xidməti məlumat yayıb.

Dekabrın 27-də 29 yaşlı idmançı yüngül çəkidə həmyerlisi Pol Eliasla görüşdə nokautla məğlub olub. Mqaya başına bir neçə zərbə alıb və yıxılarkən boğazında ilişib qalan dilini dişləyib. Boksçuya hadisə yerində tibbi yardım göstərilsə də, ertəsi gün vəziyyəti pisləşib və xəstəxanaya aparılıb, elə oradaca ölüb.

Tanzaniyalı boksçu peşəkar rinqdə doqquz döyüş keçirib. O, üç qələbə və dörd məğlubiyyət qazanıb, daha iki döyüşü isə heç-heçə ilə yekunlaşıb.

Hassan Mgaya dies aged 29 as boxer tragically passes away days after  knockout defeat - Daily Record


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin