Güclü külək əsəcək - XƏBƏRDARLIQ
6 Yanvar 2025
01:00 - 4 Yanvar 2025
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sənətçisi Ferdi Tayfur 79 yaşında dünyasını dəyişib.
Manset.az xəbər verir ki, vəfat edən türkiyəli müğənninin vəsiyyəti üzə çıxıb.
Məlumata görə, ustad sənətçi öldükdən sonra mahnılarından heç bir müəlliflik haqqı alınmaması ilə bağlı vəsiyyət edib:
"Həyatda olduğum zaman da, öldükdən sonra da mahnılarımı hər kəs ödəniş etmədən dinləyə bilsin. Çünki o mahnıları mənim uşaqlarım və ya mirasçılarım yazmadı. O mahnıları mən yazdım. Xalq eşitsin, insanlar faydalansın deyə yazdım".
Qeyd edək ki, müğənni dünən Antalyada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin