Güclü külək əsəcək - XƏBƏRDARLIQ
6 Yanvar 2025
19:16 - 3 Yanvar 2025
Astaranın Ərçivan qəsəbəsində yerləşən tarixi hamam baxımsız vəziyyətdədir.
Manset.az xəbər verir ki, təmirə ehtiyacı olan memarlıq abidəsi haqqında məlumat verən qəsəbə sakini Allahverən Əsədulla hamamın yumurta sarısı ilə inşa edildiyini bildirib:
"Bu hamamın kərpici heç vaxt qopmaz. Onu qızdırmaq üçün meşə odunundan istifadə olunurdu. Hətta qonşu kənddən də bu hamama gəlirdilər".
O əlavə edib ki, hamam beş gün kişilər, iki gün isə qadınlar üçün fəaliyyət göstərib.
"Bir sakinimiz var idi. Şeypur çalardı və bilinərdi ki, hamama qadınlar, yoxsa kişilər gəlməlidir. Hamamın iki girişi olub. Bir tərəfdən kişilər, digərindən isə qadınlar istifadə edirdilər".
Daha ətraflı Baku TV-nin materialında:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin