"Ada müstəqillik qazanmaq üçün səy göstərməlidir" - Qrenlandiyanın baş naziri

18:50 - 3 Yanvar 2025

Qrenlandiyanın Baş naziri Mute Egede hesab edir ki, ada Danimarkadan müstəqillik əldə etmək üçün səy göstərməlidir.

 

Manset.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

O, bu barədə yeni illə bağlı çıxışında qeyd edib: "Tarix və indiki şərtlər göstərdi ki, Danimarka ilə əməkdaşlığımız tam bərabərliyin yaradılmasına gətirib çıxarmayıb. Müstəqillik haqqında qərarı Qrelandiya xalqı verməlidir".

Lakin siyasətçi səsvermənin nə vaxt keçiriləcəyini açıqlamayıb.

Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində olduğu vaxt – 1979-cu ildə muxtariyyət əldə edib. 2009-cu ildə isə ada özünüidarə hüququ alıb. Kopenhagen yalnız Qrenlandiyanın xarici siyasəti və müdafiə məsələləri üzərində nəzarəti əlində saxlayıb.

Adada müstəqillik hərəkatı son illər daha da sürətlənib.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin