Günəşdə yeni ilin ilk ən güclü alışması baş verdi

18:40 - 3 Yanvar 2025

Günəşdə yeni ilin ilk ən güclü alışması baş verdi

İlin əvvəlindən bəri Günəşdə ilk güclü X-sinif alışma baş verib.

 

Manset.az İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə Fedorov adına Tətbiqi Geofizika İnstitutunun saytında məlumat verilib.

"Yanvarın 3-də Moskva vaxtı ilə saat 14:39-da (Bakı vaxtı ilə 15:39) rentgen diapazonunda 20 dəqiqə davam edən X1.2 alışması aşkar edilib", - məlumatda qeyd olunub.

Günəş alovları, rentgen şüalarının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və maksimum X.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin