Türkiyədə İŞİD əməliyyatı - 42 nəfər TUTULDU

14:15 - 3 Yanvar 2025

Türkiyədə İŞİD əməliyyatı - 42 nəfər TUTULDU

Türkiyənin 17 vilayətində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən şəxslərin saxlanılması ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib.

 

Manset.az xəbər verir ki, GÜRZ-35 kod adlı əməliyyat çərçivəsində son bir həftə ərzində 42 şübhəli saxlanılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə yazıb ki, əməliyyat digər ərazilərlə yanaşı, Ankara, Bursa, Qaziantep, İstanbul, Diyarbakır, Kahramanmaraş və Kayseri vilayətlərini də əhatə edib.

Saxlanılanlar terror təşkilatlarını maliyyələşdirməkdə və sosial şəbəkələrdə qadağan olunmuş ideologiyanı təbliğ etməkdə ittiham olunurlar.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin