Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
5 Yanvar 2025
09:43 - 3 Yanvar 2025
30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya daxil olan əcnəbi vətəndaşlar sərhədi istənilən buraxılış məntəqəsindən keçərkən barmaq izlərini və üz fotosunu təqdim etməli olacaqlar.
Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, digər dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına şamil edilmir.
Rusiya ərazisinə vizasız daxil olmaq üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları təqdim edə, şəxsi məlumatları və səfərlərinin məqsədləri barədə məlumatları əks etdirən ərizə təqdim edə biləcəklər.
2024-cü il dekabrın 1-dən etibarən Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo hava limanlarında, Moskva yaxınlığındakı Jukovski hava limanında və Orenburq vilayətinin Maştakovo yük-sərnişin keçid məntəqəsində eksperiment çərçivəsində əcnəbilərdən, habelə vətəndaşlığı olmayan şəxslərdən biometrik məlumatların toplanmasına başlanılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin