Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
5 Yanvar 2025
22:50 - 2 Yanvar 2025
Yanvarın 2-də Yakutiyanın (Rusiya) 19 şəhər və qəsəbəsində havanın temperaturu -50 dərəcədən aşağı olub.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ural Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsi xəbər yayıb.
Ən aşağı temperaturlar Oymyakon, Batamay və Namtsı qəsəbələrində qeydə alınıb, burada termometrin göstəricisi -55°C-yə düşüb. Ust-Nera, Amqa və Çurapçada havanın temperaturu -54°C olub. Itık-Kyuel və Berdigestyaxda isə bir qədər "isti" olub - orada termometrin göstəricisi -53°C-ni göstərib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Hidrometeoroloji Mərkəzi yanvarda Uzaq Şərqdə temperatur rejiminin normadan aşağı olacağı barədə xəbərdarlıq etmişdi.
Bir gün əvvəl Oymyakon Yakutiyanın ən soyuq nöqtəsi olub. Belə ki, rəsmi məlumatlara görə, kənddə -56 dərəcə temperatur qeydə alınıb. Sosial şəbəkələrdə paylaşılan kadrlarda isə termometr -65 dərəcəni göstərib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin