İsrail ordusu HƏMAS-ın qərargahını vurdu

22:10 - 2 Yanvar 2025

İsrail ordusu HƏMAS-ın qərargahını vurdu

İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadının komanda mərkəzinə hücum edib.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, radikalların qərargahı humanitar zonanın ərazisindəki Xan Yunis bələdiyyəsinin binasında yaradılıb.

Hava hücumu kəşfiyyat məlumatlarına əsasən həyata keçirilib. İsrail ordusu əmin edib ki, hücumdan əvvəl yerli mülki əhalinin zərərgörmə riskini azaltmaq üçün çoxlu tədbirlər görülüb. Bildirilir ki, fələstinli radikallar mülki binalardan hərbi məqsədlər üçün qəsdən istifadə edirlər.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin