Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
5 Yanvar 2025
20:15 - 2 Yanvar 2025
Çoxsaylı plastik əməliyyatlardan sonra “Pişik qadın” adı ilə tanınan Coselin Vildenşteyn vəfat edib.
Manset.az Axsam.az-a istinadən xəbər verir ki, o, dekabrın 31-də Parisdəki otellərin birində dünyasını dəyişib.
Nişanlısı 84 yaşlı Coselinin ağciyər emboliyası səbəbindən öldüyünü bildirib.
Qeyd edək ki, o, plastik əməliyyatları üçün 5 milyon dollardan çox pul xərcləmişdi. Vildenşteyn illər əvvəl ərinin çox sevdiyi pişiklərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. O, üst və alt göz qapağı əməliyyatı, qaş qaldırma, üz dartma, dodağı gellə doldurtma, çənə böyütmə, yanaq implantları kimi estetik əməliyyatlar edib.
Özü nəticədən razı qalsa da, əri razı qalmayıb və “Pişik qadın” nikahını xilas edə bilməyib. O, milyonçu həyat yoldaşı Alek Vildenşteyndən boşanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin