“Xocalı” gil yatağı satışa çıxarılır

19:45 - 2 Yanvar 2025

“Xocalı” gil yatağı satışa çıxarılır

“Xocalı” gil yatağı satışa çıxarılır.

 

Manset.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat yayıb.

Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.

Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.

Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti (manatla)

Beh məbləği

(10%)

(manatla)

İştirak haqqı (manatla)

1.

Xocalı

LOT-1

100 000 m3

6.0 ha

Gil

Beş il

650172,77

4419129,28

10 000

1000

540


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin