Azərbaycanda sabiq yüksək vəzifəli məmurun nəvəsi ağır qəza törətdi - FOTO/VİDEO
5 Yanvar 2025
16:09 - 2 Yanvar 2025
1 yanvar 2025-ci ildən etibarən İsveçrədə ictimai yerlərdə üzü tamamilə örtən geyimlərin geyilməsi qadağan edildi.
Manset.az Haber global-a istinadən xəbər verir ki, yeni qanun küçələrdə, ictimai nəqliyyat vasitələrində, ictimai ofislərdə, restoranlarda və mağazalarda üzü örtən geyimlərə icazə vermir.
Hökumət bu qanunun ictimai təhlükəsizliyi artırmağı və cəmiyyətin həmrəyliyini təmin etməyi hədəflədiyini bildirib. 2021-ci ildə keçirilən referendumda 51,2% səs çoxluğu ilə qəbul edilən bu qanun ölkədə müzakirələrə səbəb olub.
Lakin dini ibadət yerləri və müqəddəs məkanlar bu qadağadan istisna tutulur. Eyni zamanda, sağlamlıq, təhlükəsizlik, hava şəraiti, ənənəvi tədbirlər və reklam məqsədilə üzü örtmək də istisnalar arasında yer alır.
Qanunu pozanlar üçün 1000 İsveçrə frankına (təxminən 1100 dollar) qədər cərimə nəzərdə tutulub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin