Ronaldu gələcəyi ilə bağlı qərarını verdi

12:02 - 2 Yanvar 2025

Ronaldu gələcəyi ilə bağlı qərarını verdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu gələcəyi ilə bağlı qərarını verib.

 

Manset.az Report -a istinadən xəbər verir ki, bu barədə CNN-in Portuqaliya bölməsi məlumat yayıb.

Mənbənin məlumatına görə, hücumçu yanvar ayı ərzində klub məsələsini həll etmək niyyətindədir. Ronaldunun Səudiyyə klubu ilə hazırkı müqaviləsinin müddəti 2024/25 mövsümünün sonunadək nəzərdə tutulub və FIFA qaydalarına əsasən, futbolçu yanvarın 1-dən digər komandalarla danışıqlar apara bilər.

Ronaldu "Əl-Nəsr"də keçirdiyi 83 oyunda 74 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində “Əl-Nəsr” 25 xalla dördüncü yerdədir. Çempionatda 36 xalla “Əl-İttihad” liderlik edir.

Ronaldu ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına köçüb və 2023-cü ilin yanvarından “Əl-Nəsr” komandasının hücumçusudur. Ölkədə nikahsız kişi və qadının bir dam altında yaşaması yasaqlansa da, əfsanəvi futbolçuya güzəşt edilib və uşaqlarının anası ilə birgə yaşamasına icazə verilib.


Xəbər xətti

5 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin