AZAL-dan Bakı-Kazan reysi ilə bağlı AÇIQLAMA
4 Yanvar 2025
14:10 - 1 Yanvar 2025
2024-cü ildə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumların sayına görə rekorda imza atılıb.
Manset.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin hesabatına istinadən məlumat yayıb.
Sənəddə qeyd olunur ki, Şərqi Qüdsdə məskunlaşan yəhudilər “2024-cü il ərzində Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində fələstinli mülki şəxslərə qarşı təxminən 1400 zorakılıq hadisəsində iştirak ediblər”.
Bu hadisələr Fələstin icmalarına hücumlar, yanğın və basqınlar, habelə əkin sahələrinə ziyan vurmaq və yerli sakinlərin əmlakının məhv edilməsi ilə bağlı olub.
Hesabatda o da xatırladılıb ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi tədbirlər nəticəsində Qəzza zolağında əksəriyyəti qadın və uşaq olmaqla 160 minə yaxın fələstinli həlak olub və yaralanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin