8 illik məhkəmədən sonra boşandılar

12:01 - 31 Dekabr 2024

8 illik məhkəmədən sonra boşandılar

Aktyorlar Bred Pitt və Ancelina Coli səkkizillik məhkəmə çəkişmələrindən sonra boşanma prosesinin başa çatması şərtləri barədə razılığa gələ biliblər.

 

Manset.az "People" jurnalına istinadən bildirir ki, boşanma sənədləri keçmiş ər-arvad tərəfindən dekabrın 30-da imzalanıb.

"Ancelina yorğundur, amma bu prosesin başa çatmasından rahatlanıb", - deyə nəşr Colinin vəkili Ceyms Saymonun sözlərini sitat gətirib.

Qeyd olunub ki, əldə edilmiş razılaşmanı məhkəmə təsdiq etməlidir, aktyorlar arasındakı sövdələşmənin detalları hələlik açıqlanmır.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli bir neçə illik münasibətdən sonra 2014-cü ildə Fransada evləniblər, lakin 2016-cı ildə aktrisa boşanma ərizəsi verib. Onların nikahı 2019-cu ildə rəsmi olaraq ləğv edilsə də, cütlük bu günə qədər əmlakın bölüşdürülməsi və üçü övladlığa götürülmüş ümumilikdə altı uşağın qəyyumluğu şərtləri barədə razılığa gələ bilməyib. Mübahisəli aktivlərdən biri cütlüyün hələ 2008-ci ildə aldığı Provans bölgəsindəki "Şato Miraval" üzüm bağı idi. Sonradan tərəflər bir-birini bu aktivlə bağlı razılaşmaları pozmaqda günahlandırırdılar.


Xəbər xətti

3 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin