“Qarabağ” Juninyo transferindən nə qədər qazanacaq?
3 Yanvar 2025
09:05 - 31 Dekabr 2024
Cənubi Koreya ordusu dekabrın 29-da 179 nəfərin ölümü ilə nəticələnən “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzasından sonra aviasiya araşdırması aparır.
Manset.az xəbər verir ki, bu barədə rəsmilərə istinadən Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, Hərbi Dəniz Qüvvələri komandanlığı artıq öz təyyarələrini, o cümlədən Boeing 737-800 bazasında inşa edilmiş P-8A-nı yoxlamağa başlayıb. Yoxlamaların yanvarın 4-dək davam edəcəyi bildirilir.
İyul ayında Cənubi Koreya Hərbi Dəniz Qüvvələri sualtı qayıqlara qarşı döyüş qabiliyyətini artırmaq üçün bu təyyarələrdən altısını alıb.
Hərbi Hava Qüvvələri həmçinin Boeing 737-700 kommersiya təyyarəsinin bazasında inşa olunmuş “Peace Eye” havadan erkən xəbərdarlıq və nəzarət təyyarəsində də yoxlama aparacaqlar.
Qeyd edək ki, qəza hadisəsindən sonra Cənubi Koreya rəsmiləri ölkədəki bütün Boeing 737-800-ləri yoxlayacaqlarını bildirmişdilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin