"Milan"-ın baş məşqçisi vəzifəsindən qovuldu

19:20 - 30 Dekabr 2024

"Milan"ın baş məşqçisi Paulo Fonseka postundan qovulub.

 

Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

51 yaşlı mütəxəssis "Milan"ı 2024-cü il iyunun 13-də çalışdırıb. Portuqaliyalının rəhbərliyi altında bütün turnirlərdə 24 oyun keçirən “rossonerilər” 12 qələbə qazanıb, 6 dəfə heç-heçə edib, 6 dəfə isə məğlubiyyətlə üzləşib.

Fonsekanın rəhbərliyi altında son oyunda "Milan" "Roma" ilə heç-heçə edib (1:1). Milan klubu A Seriyasının cari mövsümündə keçirdiyi 17 oyundan sonra 27 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.


Xəbər xətti

2 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin