Təyyarə qəzasında xəsarət alanların son vəziyyəti AÇIQLANDI

17:06 - 30 Dekabr 2024

Təyyarə qəzasında xəsarət alanların son vəziyyəti AÇIQLANDI

Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən 5 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Yeni Klinikada davam etdirilir. 
 

Bu barədə “Manset.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, stasionar müalicə alan xəstələrdən 9 nəfər bu gün kafi vəziyyətdə ambulator müalicə üçün evə yazılıb. 

Reanimasiya şöbəsində müalicə alan və əvvəllər vəziyyəti ağır stabil olaraq qiymətləndirilən pasiyent stasionar şöbəyə köçürülüb. Hazırda vəziyyəti orta ağırdır.  

Müalicəsi davam etdirilən digər şəxslərin vəziyyətləri isə qənətbəxş olaraq qiymətləndirilir.

Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir.


Xəbər xətti

2 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin