Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanıldı

16:21 - 30 Dekabr 2024

Ermənistanın sabiq müdafiə naziri Moskvada saxlanıldı

Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.

 

Manset.az Report -a istinadən xəbər verir ki, bu barədə “112 Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.

Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələri üzrə axtarışa verilib.

Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.


Xəbər xətti

2 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin