İlham Əliyev ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNİB
2 Yanvar 2025
12:24 - 30 Dekabr 2024
Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Manset.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bayram günlərində İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsi fəaliyyət göstərəcək. Xidmət Qaradağ, Xəzər və Sabunçu xidmət sahələrində təşkil olunacaq. Departamentin inzibati binasında isə (Nizami rayonu, Babək pr. 21/24) bu proses daim diqqətdə saxlanılmaqla yarana biləcək problemlər dərhal aradan qaldırılacaq.
BRQSD-nın inzibati binasında 30.12.2024 – 03.01.2025, həmçinin 05.01.2025-ci il tarixlərində saat 10:00-dan 16:00-dək, Sabunçu və Xəzər Xidmət sahələrində 30.12.2024 – 04.01.2025-ci il tarixlərində saat 10:00-dan 15:00-dək, Qaradağ Xidmət sahəsində isə 30.12.2024 – 05.01.2025-ci il tarixlərində saatı 10:00-dan 15:00-dək abonentlərə xidmət göstəriləcək.
Bölgələrdə də eynilə növbəlilik tətbiq etməklə "Azəriqaz"ın müvafiq sayda əməkdaşları iş başında olacaq.
"Abonentlər qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat versinlər. Bundan başqa (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan "Whatsapp" nömrəsinə də mesajlarını göndərə bilərlər", - deyə məlumatda qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin