İlham Əliyev ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNİB
2 Yanvar 2025
10:17 - 30 Dekabr 2024
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili inauqurasiya günü, dekabrın 29-da etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, sənəd Gürcüstanın qanunvericilik bülleteni portalında dərc olunub.
Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, “üzü maska və ya digər vasitələrlə gizlətmək” qadağandır.
Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşlarının və müşahidə kameralarına qarşı istifadə etdiyi pirotexniki vasitələr və lazerlər də daxil edilib.
Qanun dərc edildikdən sonra qüvvəyə minib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin