Cənubi Koreyada təyarənin qəzaya uğramasının ilkin versiyaları açıqlandı

20:36 - 29 Dekabr 2024

Cənubi Koreyada təyarənin qəzaya uğramasının ilkin versiyaları açıqlandı

Cənubi Koreyada “Boeing” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı üç əsas versiya açıqlanıb. 

 

Manset.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, həmin versiyalar quşla toqquşma, mühərrikdə, eniş şassisində və əyləc sistemlərində problemlər, həmçinin fövqəladə vəziyyət zamanı uçuş-enmə zolağının kifayət qədər uzunluqda olmamasıdır.

Materialda bildirilir ki, ilkin araşdırma təyyarənin quşların vurması səbəbindən nasaz olduğunu göstərir. Eyni zamanda, bəzi analitiklərin fikrincə, “Boeing”də texniki problemlər ola bilərdi, çünki quşların zərbəsi bütün kritik sistemlərin sıradan çıxmasına səbəb ola bilməzdi. Bundan əlavə, ekspertlər hesab edir ki, belə bir qəzada təyyarənin həm mühərrikləri, həm də əyləcləri sıradan çıxmalı idi.

Bütün bu amilləri nəzərə alaraq, Hanseo Universitetinin Uçuş Tədris Mərkəzinin direktoru Kim Kyu Van hadisəni “çox qeyri-adi” adlandırıb.


Xəbər xətti

1 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin