Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişdi

18:16 - 29 Dekabr 2024

Ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişdi

Yaş həddinin 35 yaşdan 30 yaşa endirilməsi ilə əlaqədar ehtiyata keçirilən şəxslərin hərbi qeydiyyat qaydası dəyişir.

 

Manset.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu halda hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılacaq (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Qeyd edilən vətəndaşların çağırışçıların hərbi qeydiyyatına qaytarılması və müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna və digər normativ hüquqi aktlara (hərbi uçotun və qeydiyyatın aparılmasını tənzimləyən) uyğun olaraq tənzimlənəcək.


Xəbər xətti

1 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin