Prezident Azərbaycan Televiziyasına müsahibə verdi
29 Dekabr 2024
23:44 - 28 Dekabr 2024
"RİA Novosti" agentliyinin və "İzvestiya" qəzetinin "Telegram" kanalları bir sıra Avropa ölkələrində bağlanıb.
Manset.az xəbər verir ki, bu barədə RBC.ru yazır.
"RİA Novosti" müxbirləri bildirirlər ki, kanal hazırda Polşa, Belçika, İsveçrə, Yunanıstan, Çexiya və İtaliyada əlçatan deyil. "İzvestiya" kanalı isə İspaniya, Almaniya, İsveç və Belçikada yüklənmir.
Kanallara daxil olmaq istəyərkən onların yerli qanunvericiliyi pozduğuna dair xəbərdarlıq görünür, lakin pozuntuların dəqiq nə olduğu göstərilmir.
Xatırladaq ki, hələ may ayında Avropa İttifaqı Şurası "Voice of Europe", "RİA Novosti", "İzvestiya" və "Rossiyskaya qazeta"nın Aİ ərazisində yayımını "müharibə təbliğatı"na görə qadağan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin