Prezident və xanımı vida mərasimində iştirak etdi
29 Dekabr 2024
20:32 - 28 Dekabr 2024
"Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasını araşdırmaq üçün 17 beynəlxalq ekspert cəlb edib".
Manset.az "Tengrinews"- a istinadən xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini və hökumət komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.
Baş nazirin müavininin sözlərinə görə, hazırda araşdırmanı nəqliyyat nazirinin əmri ilə yaradılmış aviasiya qəzası komissiyası aparır.
"Komissiyanın işinə Azərbaycandan 6 nəfər, istehsalçı şirkətdən (Embraer) 2 nəfər ekspert cəlb olunub. Həmçinin bu gün Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) 3 mütəxəssisi işə başlayıb. Dövlətlərarası Aviasiya Komitəsindən (IAC) 3 nəfər, Rusiya Federasiyasından 2 nəfər işləyir", - deyə baş nazirin müavini bildirib.
Bozumbayevin vurğuladığı kimi, komissiya Mangistau vilayətində fəal şəkildə çöl tədqiqatları və analitik işlər aparır.
"Sabah biz ICAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) ekspertini gözləyirik", - deyə o bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin