Putin İlham Əliyevdən üzr istədi
29 Dekabr 2024
15:12 - 28 Dekabr 2024
Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində sənədləri korlanmış yaralı sərnişinlərə səyyar "ASAN xidmət" göstərilib.
Manset.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən (ASAN Xidmət) məlumat yayıb.
Bildirilib ki, səyyar xidmət məqsədilə "ASAN xidmət" və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət birgə operativ səyyar qrup formalaşdırılıb.
Yeni Klinika tibb müəssisəsində müalicə alan yaralılara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.
"Faciə nəticəsində həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik",- Agentlikdən bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin