Putin İlham Əliyevdən üzr istədi
29 Dekabr 2024
15:06 - 28 Dekabr 2024
Türkiyənin hakimiyyət orqanları 2035-ci ilədək ölkə ərazisində üç atom elektrik stansiyası tikməyi planlaşdırır.
Manset.az Trend-ə istinadən xəbər verir ki, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar bu barədə “Hürriyet” qəzetinə müsahibəsində deyib.
“Bizə biri Sinop, digəri isə Trakyada olmaqla daha iki böyük atom elektrik stansiyası lazımdır. 2025-ci il bizim üçün dönüş nöqtəsi olacaq, belə ki, biz bu stansiyalar üçün texnologiya və modellər üzrə qərar verəcəyik”, - deyə Alparslan Bayraktar bildirib.
Türkiyənin ilk atom elektrik stansiyası – “Akkuyu” 2025-ci ildə enerji istehsalına başlayacaq. İlk reaktorun işə salınması ilə stansiyanın 1200 MVt elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu, Türkiyənin enerji tələbatının təxminən 2,5 faizinə bərabərdir. Ümumi gücü 4800 MVt olacaq “Akkuyu” bütün reaktorların işə salınmasından sonra ölkənin enerji tələbatının 10 faizini qarşılayacaq.
Nazirin sözlərinə görə, “Akkuyu” AES-in istifadəyə verilməsi Türkiyənin qaz idxalını ildə təxminən 7-7,5 milyard kubmetr azaltmasına və təxminən 3 milyard ABŞ dollarına qənaət etməsinə imkan verəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin