Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

14:48 - 28 Dekabr 2024

Gəncədə qanunsuz tikintinin qarşısı alınıb

Gəncədə müvafiq icazəverici sənədləri olmadan tikinti aparan şəxslərə qarşı monitorinqlər davam edir. 

 

Manset.az xəbər verir ki, şəhərin bir sıra ərazilərində dövlətə məxsus torpaq sahəsində qeyri-qanuni tikintisi aparılan yaşayış sahələri aşkarlanaraq, müvafiq tədbir görülüb və dövlət torpağının zəbtinin qarşısı alınıb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin