Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
14:28 - 28 Dekabr 2024
"Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir".
Manset.az Report-a istinadən xəbər verir ki, bunu TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.
Onun sözlərinə görə, hələ də bəzi tibb işçiləri TƏBİB-in nə işi gördüyünü, niyə fəaliyyət göstərdiyini bilmir:
"Bizlər səhiyyə sahəsində böyük əmək sərf edirik. Vətəndaşyönümlü səhiyyə sistemi qurmaq çox çətindir. Lakin bəzi tibb işçiləri bundan xəbərsizdir. Hansısa bir vətəndaşın TƏBİB-in fəaliyyətindən xəbərsiz olması anlaşılandır. Lakin tibb işçilərinin bunu bilməməsi qəbul edilən deyil".
Direktor müavini qeyd edib ki, vətəndaşları TƏBİB-in fəaliyyəti barədə məlumatlandırmaq çox vacibdir:
"Ölkədə hələ də bəzi insanlar özəl xəstəxanalara külli miqdarda pul ödəyərək müalicə olunur, əməliyyatlar etdirir. Buna görə də əhali arasında maarifləndirmə tədbirləri çox önəm daşıyır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin