Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
13:52 - 28 Dekabr 2024
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan iki rusiyalının vəziyyəti ağırdır.
Manset.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında bildirib.
"Rusiya Səhiyyə Nazirliyinin federal tibb mərkəzlərində və Moskva Səhiyyə Departamentinin xəstəxanasında Aktaudakı təyyarə qəzasında xəsarət alan 9 rusiyalının müalicəsi davam edir. Onlardan ikisinin vəziyyəti ağır olaraq qalır, dörd nəfər, o cümlədən bir uşaq orta ağır vəziyyətdədir, həkimlər üç nəfərin vəziyyətini isə yüngül qiymətləndirirlər", - o qeyd edib.
Köməkçinin sözlərinə görə, xəsarət alanlara bütün zəruri tibbi yardım göstərilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin