Sağ qalan ekipaj üzvlərinə “Rəşadət” ordeni verildi
29 Dekabr 2024
12:26 - 28 Dekabr 2024
Naxçıvanda "TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında yarışlar təşkil edən şəxslərə qarşı da polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Manset.az Report.az-a istinadla xəbər verir ki, tiktokerlərin iştirakı ilə təşkil olunan və qaliblərə 10 000 manat pul mükafatı vəd olunan yarışmalarda baş verənlərin canlı yayımlanması vətəndaşların narazılığına səbəb olub.
Bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində "adel085"səhifəsinin admini və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, oyunları təşkil edən şəxs barəsində 20 sutka inzibati həbs qərarı verilib. Digərləri barədə araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin