Putin İlham Əliyevdən üzr istədi
29 Dekabr 2024
10:39 - 28 Dekabr 2024
Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, istifadəçilər Rusiyadan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin ölkənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasına görə üzr istəməsini tələb edirlər.
Sözügedən həştəqlə əsas olaraq feysbuk və “X” sosial şəbəkələrində paylaşımlar edilib.
Bu paylaşımlara bir sıra tanınmış şəxslər də qoşulub.
Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”.
Xatırladaq ki, dekabrın 26-da “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin