Putin İlham Əliyevdən üzr istədi
29 Dekabr 2024
10:15 - 28 Dekabr 2024
Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günləri ilə əlaqədar əhaliyə müraciət edib.
Manset.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.
Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.
Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində, xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, həmçinin əl gigiyenasına riayət etməyi tövsiyə edir. Eyni zamanda gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğundur.
Müraciətdə, həmçinin bildirilir ki, hər bir vətəndaş sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin