Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

09:37 - 28 Dekabr 2024

Daha bir ölkədə meymunçiçəyinə yoluxma aşkarlandı

Kosovoda meymunçiçəyi xəstəliyinə ilk yoluxma aşkarlanıb.

 

Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Kosovo Milli İctimai Sağlamlıq İnstitutu məlumat yayıb.

Məlumata görə, meymunçiçəyi ölkənin Afrikadan yenicə qayıdan 30 yaşlı vətəndaşında aşkar edilib: “30 yaşlı kişi Qərbi Afrika regionundakı ölkələrdən birindən qayıtdıqdan sonra, dekabrın 24-də xəstəxanaya yerləşdirilib. Xəstə yüksək hərarətdən, titrəmədən, üz və əllərdə ləkələrdən, qaşınmadan şikayət edir”.

Xəstənin səhhəti sabitdir. Onun ailə üzvləri və təmasda olduğu bütün şəxslər müayinə edilib, profilaktik tədbirlər görülür.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən ayın sonunda meymunçiçəyi epidemiyasının hələ də beynəlxalq səhiyyə sistemində fövqəladə vəziyyət olaraq qaldığını açıqlayıb.


Xəbər xətti

29 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin