Prezidentdən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı paylaşım
28 Dekabr 2024
22:45 - 27 Dekabr 2024
"Türkiyə Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı Bakıya istintaq qrupu göndərir".
Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib.
"“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından sonra Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin tələbi ilə qəzanın səbəblərini araşdırmaq, texniki və əməliyyat təhlilləri aparmaq və zəruri dəstəyi təmin etmək məqsədilə 8 nəfərlik araşdırma heyəti təyin edilib.
Heyətimiz bu axşam Bakıya yola düşəcək və sabahdan etibarən təcrübə sahələrinə uyğun olaraq hadisənin bütün aspektlərinin araşdırılması üçün Azərbaycan səlahiyyətliləri ilə koordinasiyada işlərini davam etdirəcək.
Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bir daha bəyan edir, həyatını itirənlərə Allahdan rəhmət diləyir və azərbaycanlı qardaşlarımıza keçmiş olsun deyirik”, - deyə Uraloğlu qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin