BMT 2025-i “Beynəlxalq buzlaqların qorunması ili” elan etdi

19:23 - 27 Dekabr 2024

BMT 2025-i  “Beynəlxalq buzlaqların qorunması ili” elan etdi

Tacikistanın təşəbbüsü ilə BMT Baş Assambleyasının 2022-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq 2025-ci il “Beynəlxalq buzlaqların qorunması ili” elan edilib.

 

Manset.az xəbər verir ki, bu barədə “BMT-nin xəbərləri” saytı məlumat yayıb.

Məlumata görə, buzlaqların əriməsi ciddi qlobal problemə çevrilib. Son 20 ildə Qərbi Tyan-Şanda Qazaxıstan, Qırğızıstan və Özbəkistanı əhatə edən buzlaqlar 27 faiz kiçilib. Antarktida hər il orta hesabla 150 milyard ton, Qrenlandiya isə 270 milyard ton buz itirir.

Buzlaqlar 2 milyarda yaxın insanın su təchizatı, kənd təsərrüfatı və su enerjisi ilə təmin edilməsində əsas rol oynayır. Tacikistanda 14 min buzlaqdan mindən çoxunun əriməsi problem daha da aktuallaşdırır. Ölkənin buzlaqları Mərkəzi Asiyanın su ehtiyatlarının 60 faizə qədərini təmin edir.

“Beynəlxalq buzlaqların qorunması ili” buzlaqların əhəmiyyəti və gələcək nəsillər üçün onların qorunması zərurəti haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır. Gələn il Tacikistanda bu məsələyə həsr olunmuş konfrans keçiriləcək.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin