Üç ölkə “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin təsis müqaviləsini imzaladı

19:02 - 27 Dekabr 2024

Üç ölkə “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin təsis müqaviləsini imzaladı

Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistanın milli elektrik enerjisi şirkətləri arasında “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin təsis müqaviləsi imzalanıb.

 

Manset.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

“Qərargahı Bakıda yerləşəcək Birgə Müəssisə “Azərbaycan - Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsində və regionun enerji gələcəyinin formalaşdırılmasında mühüm addımdır”- deyə paylaşımda qeyd edilib.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin