İlham Əliyev xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış oldu - YENİLƏNİB
28 Dekabr 2024
18:42 - 27 Dekabr 2024
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına geniş müsahibəsində baş məşqçiləri Qurban Qurbanov haqda danışıb.
Manset.az Qol.az-a istinadla xəbər verir ki, “Przegląd Sportowy One” nəşrinə danışan 24 yaşlı futbolçu deyib:
“Mən heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm. O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır. Mən onunla işləməkdən zövq alıram və onun yanaşması təsiredicidir.
O, hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. Bunu ötən mövsüm “Qarabağ”ın Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız alman “Bayer”inə gərgin mübarizədə (2:2, 2:3) uduzması da təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və “Qarabağ”ın Avropada həmişə belə oynadığını düşünməməyimi xahiş edirəm.
Deyirlər, bu, sadəcə bir zəif mövsümdür. Mən bunu çox gözəl başa düşürəm. Çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm. Ümumiləşdirsək deyə bilərəm ki, məşqçi Qurbanov müstəsna insandır. O, başqa klublarda uğurla işləyə bilərdi, amma burada onun rolu əsasdır”.
Polşalı qapıçı Avroliqada komandası uğursuz çıxış edərkən Qurbanovun buna münasibətindən də danışıb:
“Oyunların fasilələri zamanı qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin