UNESCO yanında Daimi Nümayəndəliyimizdə qəza qurbanlarının xatirəsi anılır

18:13 - 27 Dekabr 2024

UNESCO yanında Daimi Nümayəndəliyimizdə qəza qurbanlarının xatirəsi anılır

Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günü ilə bağlı ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.

 

Manset.az Nümayəndəliyin yaydığı məlumata istinadla xəbər verir ki, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrinin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.

Həmçinin, UNESCO Baş Direktoru adından, eləcə də UNESCO Baş Konfransın Prezidenti xanım Simona Mikolesku tərəfindən baş başsağlığı məktubu Daimi Nümayəndəliyə ünvanlanıb.


Xəbər xətti

28 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin